Sürüşmənin fəsadları hələ də müşahidə olunur
21:31 29.03.2019
Arxiv
476
Lənkəranda torpaq sürüşməsi bir ailəni evsiz qoya bilər. ONA-nın cənub bürosundan verilən məlumata görə, rayonun Sinovli kəndində 2 il bundan əvvəl baş verən torpaq sürüşməsi Quliyevlər ailəsinin gələcək problemlərinə yol açıb.
Belə ki, kənd sakini Mürşüd Quliyevə məxsus həyətyanı sahədə torpaq qatının hərəkəti intensiv yağışlardan sonra son 1 həftədə daha da aktivləşib. Nəticədə onun ikimərtəbəli 4 otaqlı evində indi iri çatlar yaranıb. Cənub bölgəsində hökm sürən yağmurlu hava şəraitini nəzərə alsaq, bu, qəzalı evdə yaşayan 6 nəfər üçün kifayət qədər ciddi problemdir. Onlar hər an evlərinin başlarına uçacağından narahatdırlar.
Torpaq sürüşməsi evlə yanaşı ailə təsərrüfatı üçün də təhlükə yaradıb. Ailəyə məxsus meyvə bağına ziyan dəyib, 20-yə yaxın feyxoa ağacı yararsız vəziyyətə düşüb.
2 il bundan qabaq hələ sözügedən evdə xırda çatlar əmələ gəldiyi vaxtlarda bu barədə aidiyyəti qurumlara məlumat verilib. Amma ev sahibinin sözlərinə görə, sadəcə əraziyə baxış keçirilib. Bu vaxta qədər isə məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Quliyevlərin evinin gələcək taleyi ilə bağlı məlumat almaq üçün inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət etsək də, bu məsələnin onlara heç bir aidiyyətinin olmadığını bildirdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual