Zənn edirəm ki, İran XİN rəhbərinin Moskva səfəri ilk olaraq, Suriya məsələsi ilə bağlıdır. Yenidən həmin ərazidə vəziyyət gərginləşir, sabitlik pozulur. Ciddi təhdidlərin qarşısını almaq üçün Türkiyə Astana formatından çıxmayıbsa, İran, Türkiyə və Rusiya əks tədbirlər həyata keçirməlidir.
" “Suyu bulandıran” Amerikadır” - “Cığallıq” edir
12:44 11.01.2018
Arxiv
691
"Nüvə sazişi ilə bağlı əsas "suyu bulandıran” Amerikadır”.
Bu sözləri "Sherg.az”a İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Moskvaya səfəri ilə bağlı danışarkən politoloq Tofiq Abbasov söyləyib.
Onun sözlərinə görə, Amerika bu sazişi ləğv etməyə çalışır:
"Rusiya və Çin də sazişin Qüvvəsini itirməməsində maraqlıdır. Bu zaman ölkələr mövqe sərgiləmək məcburiyyətində qalacaq. İran isə bildirib ki, saziş qüvvəsini itirsə, nüvə araşdırmalarına qayıdacaq. ABŞ-ın bu məsələdə hegemon dövlət kimi beynəlxalq qayda qanuna riayət etməməsinin şahidi oluruq, ABŞ "cığallıq” edir.
Zənn edirəm ki, İran XİN rəhbərinin Moskva səfəri ilk olaraq, Suriya məsələsi ilə bağlıdır. Yenidən həmin ərazidə vəziyyət gərginləşir, sabitlik pozulur. Ciddi təhdidlərin qarşısını almaq üçün Türkiyə Astana formatından çıxmayıbsa, İran, Türkiyə və Rusiya əks tədbirlər həyata keçirməlidir.İrandakı qarışıqlıqdan sonra bu dövlətə qarşı təhdidlər baş qaldırdı. İranın dövlət orqanları tərəfindən nümayişlərin qarşısının alınması, araşdırmaların aparılması xarici ölkələrin rolunun olub-olmadığını gündəmə gətirir. İran rəhbərliyi İsrail və ABŞ-ı günahlandırdı, əks tədbirləri görüləcəyini bildirdi. Düşünürəm ki, yenidən Astana formatının təkmilləşdirilməsi müzakirə olunur”.
Qeyd edək ki, səfər çərçivəsində M.C. Zərifin rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, müxtəlif məsələlər ətrafında siyasi məsləhətləşmələr keçirəcəyi gözlənilir.
Yanvarın 11-də isə M.C. Zərifin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə Brüsselə səfəri nəzərdə tutulub. Səfər zamanı M.C. Zərifin almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, 2015-ci ilin 14 iyulunda İranla "altılıq ölkələri” arasında İranın nüvə proqramı üzrə yekun Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb.
Tehran höküməti sazişə əsasən öz silah plutoniumunu istehsal etməmək, 15 il ərzində özündə 3,67 faizədək zənginləşdirilmiş urana 300 kq-dan artıq malik olmamaq, öz nüvə obyektlərini yenidən təchiz etmək və ondan yalnız dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürüb. Bununla yanaşı, BMT TŞ-nin İrana qarşı tətbiq etdiyi silah embarqosu 5 il ərzində, İrana ballistik raket texnologiyaları üzrə texnologiyanın satılmasına qadağanı 8 il ərzində saxlanılacaq, MAQATE ekspertləri 25 il ərzində İranın nüvə obyektlərinin monitorinqini aparacaq. Sazişin şərtləri pozulduqda isə Qərbin sankiyaları bərpa oluna bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə