Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA
11:10 20.08.2018
Arxiv
588
Hər il ali məktəblərə qəbul prosesi başa çatandan sonra, dərhal tələbə adını qazanmış abituriyentlərin hansı halda təhsil haqqını ödəməkdən imtina edilməsi məsələsi gündəmə gəlir.
Bu il də istisna deyil. Xüsusilə, bu il bir çox universitetlərdə ödənişin yüksək olması ümumilikdə cəmiyyətdə çoxsaylı sualların yaranmasına gətirib çıxarıb.
Hansı hallarda ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr ödənişdən azad olunur?
Modern.az xəbər verir ki, Təhsil Nazirliyi məsələnin aktuallığını və ünvanlanan sualların çoxluğunu nəzərə alaraq münasibət bildirib.
Nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan aşağıdakı kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
- dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr;
- dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr;
2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya