Ticarət mərkəzində yanğın zamanı 11 nəfər xəsarət alıb




Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

FHN əməkdaşlarından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.