"Türkiyə olmasaydı, bacarmazdıq" - ABŞ




Müttəfiqimiz olan Türkiyənin Suriyada bizə yardımı fövqəladə əhəmiyyət kəsb edir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Qüvvələri Komandanlığının (CENTCOM) sözçüsü Cozef Votel söyləyib.
"Türkiyənin dəstəyi olmadan Suriyada heç bir uğur əldə edə bilməzdik. Hərbi bazaların bizə verilməsi və digər dəstəklər bizim üçün çox əhəmiyyətlidir", - Votel qeyd edib.
Dabıkın ələ keçirilməsinin əhəmiyyətindən danışan Votel 9 saatdan çox davam edən uğurlu bir əməliyyat reallaşdırdıqlarını, havadan və Türkiyənin qurudan dəstəyi ilə kənddə nəzarəti ələ aldıqlarını söyləyib.