Türkiyədə 18 mindən çox məmur işini itirdi: Onların Gülən tərəfdarları olduqları bildirilir
07:38 08.07.2018
Arxiv
340
Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyətdən sonra dövlət qulluğundan 18632 nəfər işdən çıxarlıb.
Onların "Paralel dövlət” terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən tərəfdarları olduqları bildirilir.
Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı "Resmi Gazete” yayıb.
Məlumata əsasən, Türkiyə Ordusunda 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətindən 8998 nəfər, jandarmeriyadan 649 əməkdaş çıxarılıb. Həmçinin işdən çıxarılmalar Ədliyyə Nazirliyi (1051 nəfər), Təhsil Nazirliyi (658), Dini Qurumlar üzrə İdarə (240), dövlət universitetlərinə (199 nəfər) də toxunub. Eləcə də Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və telekanal bağlanıb.
Bütün bunlar fövqəladə vəziyyətlə bağlı qəbul edilmiş qaydalara əsasən həyata keçirilib. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət iyulun 18-i ləğv edilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm