Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı





Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyinə atəş açılması ilə bağlı bir nəfər saxlanılıb.

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan şəxs barədə məlumat verilməyib.

Qeyd edək ki, naməlum şəxslər yerli vaxtla saat 05:00 radələrində ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.

Məlumata görə, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.