Türkiyədə yeni bitki növü tapılıb




Türkiyənin İzmir şəhərinin Ege Universitetinin müəllimi Həsən İldırım yeni endemik bitki növü aşkar edib.

AZƏRTAC xəbər verir ki, şəhərin Tirə bölgəsində bioloji müxtəliflik layihəsi çərçivəsində aparılan araşdırmalar əsnasında tapılan bitki "Tirə çanı” adlandırılıb. Qayalıqların arasında yetişən bu flora növü 1200 metr ərazini əhatə edir.

Hazırda bitkinin bioloji tərkibi araşdırılır.