Türkiyədə yeraltı təkanlar davam edir






Türkiyənin Dənizli vilayətinin Acıpayam bölgəsində davam edən yeraltı təkanlar səbəbindən təhsil müəssisələrinin işi iki günlük dayandırılıb.

AZƏRTAC xəbər verir ki, martın 20-də ölkənin bu bölgəsində baş vermiş 5,5 bal gücündə zəlzələdən sonra avterşoklar davam edir. Yeraltı təkanların 42-si 3 bal gücündə olub. Bu səbəbdən şagirdlərin psixoloji cəhətdən sarsılmasının qarşısını almaq məqsədilə təhsilə iki gün ara verilib. Bundan əlavə, bölgədə yaşayan ailələrə mütəxəssislər tərəfindən psixoloji dəstək göstərilir.