Ukrayna prezidenti Azərbaycan əsilli güləşçini təbrik etdi

Ukraynanın prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında gümüş medal qazanan Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibovu təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, Ukrayna prezidenti təbrik mesajında qeyd edib:
“Ukrayna millisinin aktivində daha bir medal. Yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasında uğurlu çıxış edərək 67 kq çəki dərəcəsində gümüş medal qazandı. Səmimi təbriklər!”