“Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir”
14:11 09.08.2021
Arxiv
447
“Son həftələrin statistikası göstərir ki, Azərbaycanda COVID-19-a yoluxmada yenidən artım var. Artıq reanimasiyadakı ağır xəstələrin və xəstəlikdən ölənlərin sayı artıb”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, COVID-19-a yoluxmaların sayının qarşısının alınması üçün tədbirlər görülməlidir:
“Həmin tədbirlər bunlardan ibarət ola bilər: yenidən sərtləşdirilmiş karantin rejiminə keçmək, məhdudiyyətləri artırmaq və ya vaksinasiyanı sürətləndirmək. Bunların hər üçü eyni zamanda da ola bilər. Hesab edirəm ki, daha çox üstünlüyü vaksinasiyaya verməliyik. Nəzərə almaq lazımdır ki, payızda hava-damcı yolu ilə yayılan infeksiyaların da sayı artır. Bu baxımdan olduqca sürətli bir şəkildə vaksinasiya prosesi aparılmalıdır”.
Komitə sədri COVID-19-la mübarizədə maarifləndirmə işinin kifayət etmədiyini vurğulayıb:
“Vətəndaşlarımızın çoxu məsuliyyətsizlik, biganəlik göstərirlər. Ona görə də vaksinasiya prosesinin genişlənməsi üçün bəzi stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Təklif edərdim ki, şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti bərpa olunsun və ondan istifadə edənlər yalnız vaksinasiya olunmuş şəxslər olsun. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olanlar peyvənd olunsunlar. Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir. Qarşıdan tədris dövrü gəlir. Hesab edirəm ki, bütün təhsilverənlər, təhsil işçiləri, tələbələr də bu prosesə cəlb olunmalıdır”.
M.Quliyev bildirib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var:
“Bu işə kifayət qədər klinika da cəlb olunub. Ona görə də ən çox üstünlüyü vaksinasiyaya verməliyik. Çünki təcrübə göstərir ki, qapanmalar da müəyyən dövr ərzində effekt verir. Sərt karantin rejimi yumşalan kimi yenidən yoluxmada artım baş verir. Qapanmalara getmək məcburiyyətdən doğan bir addımdır. Bunun da iqtisadi, sosial və psixoloji gərginlikləri olur. Belə hallarla qarşılaşmamaq və sağlamlığımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik və vaksinasiya prosesinə qoşulmalıyıq”.
Qeyd edək ki, hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya
Türkiyə S-400 məsələsi ilə bağlı işlərin davam etdiyini açıqladı
13:56 16.07.2026
Region
SEPAH hədələdi: Bölgədə hər şeyi məhv edəcəyik!
13:40 16.07.2026
Region
Ukraynanın yeni Baş naziri təyin edilib
13:28 16.07.2026
Dünya
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
13:22 16.07.2026
Siyasət
Rusiya Ukraynaya kütləvi zərbələr endirib
13:16 16.07.2026
Gündəm