Vəkillərin sayı niyə azalır?

Qurban Məmmədov : "Bu, Vəkillər Kollegiyasından asılıdır"


Vəkillərin sayının artırılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir.

Bu barədə Sherg.az-a Azərbaycanda 17 min nəfərə 1 vəkil düşməsi statistikasına münasibət bildirərkən hüquqşünas Qurban Məmmədov bildirib.

 O, qeyd edib ki, Azərbaycanda vəkil xidmətinin bu qədər baha olmasının səbəbi də məhz ölkəmizdə vəkillərin sayının az olması ilə əlaqədardır: 

" Ölkəmizdə ixtisaslaşmış vəkillərin sayının az olması birbaşa Vəkillər Kollegiyasının fəaliyyətindən asılıdır: "Vəkillərin sayının artırılması üçün qanunvericilikdə dəyişikliklər edilməli, regional kollegiyalar yaradılmalı və nəzarət Ədliyyə Nazirliyinin tabeliyinə verilməlidir. İmtahandan keçən vəkillər üçün bərabər şərait təmin olunmalıdır. Azərbaycanda hüquqşünasların fəaliyyətində zəifləmələr varsa, demək, bu proses düzgün qurulmayıb”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin "Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanda 17 min nəfərə bir vəkil düşdüyünü bildirib.

Aysel Aslan