VI Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlanıb
09:14 23.10.2018
Arxiv
1005
Azərbaycanda ənənəvi hal alan və artıq neçə illərdir keçirilən Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır.
Trend-in məlumatına görə, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirilən mətbuat konfransında deyib.
V.Eyvazzadə bildirib ki, indiyə qədər ölkəmizdə keçirilən humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
O qeyd edib ki, 25-26 oktyabr tarixlərində paytaxtımızda baş tutacaq VI Bakı Beynəlxalq Humanitar Forumunda da bu ənənə davam etdiriləcək.
Nazirlik rəsmisi vurğulayıb ki, builki forum "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunu əhatə edəcək: "Forum çərçivəsində maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq".
V.Eyvazzadənin sözlərinə görə, forum çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən davamlı inkişafla bağlı beynəlxalq konfrans keçiriləcək: "Bu konfrans forumun əsas platformalarından biri kimi təşkil olunacaq və bu tədbirdə də nüfuzlu şəxslər, dövlət və hökumət rəsmiləri təmsil olunacaq, maraqlı mövzular müzakirə ediləcək".
O bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin Azərbaycan dövlətinin insan kapitalının inkşafına dəstəyi kimi qəbul edilməlidir: "Forumda dünyanı narahat edən məsələlərə toxunulacaq.
Şöbə müdiri əlavə edib ki, bu forum ölkəmizin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 97 ölkədən təqribən 580 nəfər iştirak edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə