"Vyana görüşündə Ermənistanın "format" siyasi spekuliyasiyasına son qoyuldu" - Deputat
12:49 30.03.2019
Arxiv
520
"Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüş bir sıra mühüm aspektləri ilə diqqətçəkən oldu".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hər şeydən öncə işğalçı Ermənistanın "format" siyasi spekuliyasiyasına son qoyuldu:
"Təqribən bir illik fasilədən sonra məsələnin mahiyyəti üzrə danışıqların aparılmasına start verildi. Hər iki tərəf danışıqları konstuktiv adlandırdı və danışıqların davam etdirilməsi ilə bağlı xarici siyasət idarələrinə tapşırıq verildi. Bu faktiki olaraq ənənəvi 3 + 2 formatında danışıqların bərpası kimi də qiymətləndirilə bilər. Önə çıxan məsələlərdən biri də həmsədrlər tərəfindən verilən bəyanatda sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün konkret və nəticəyönümlü addımların atılmasının vacibliyinin vurğulanması oldu.
Görüşdən dərhal sonra BMT baş katibinin xüsusi bəyanatla çıxış edərək problemin həll edilməsi ilə bağlı aparılan danışıqları dəstəklədiyini bildirməsi də əslində sülh danışıqlarına BMT səviyyəsində dəstək kimi qiymətləndirilə bilər. Vyana görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev bir daha Azərbaycanın danışıqlar masasındakı mövqeyini açıq şəkildə bəyan edərək bildirdi ki, bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur. Bu o deməkdir ki , Azərbaycan heç bir halda öz qəti və haqlı mövqeyindən geri çəkilməyəcək".
Parlament üzvünün sözlərinə görə, işğalçı Ermənistan bunu biməlidir və əgər danışıqlara gəlirsə, bunun fərqində olaraq gəlməlidir:
"Faktiki vəziyyət isə ondan ibarətdir ki, N.Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq daxili auditoriya üçün çıxış edəndə deyə bilməyəcək ki, danışıqların gündəmi yoxdur yaxud mən sadəcə formatla bağlı görüş keçirdim.
Başqa bir yenilik isə ondan ibarətdir ki, danışıqlar prosesinin, həm də humanitar aksiyalarla dəstəklənməsi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb ki, bu da həmsədrlərin tez-tez bəyan etikləri ki etimad mühitinin əldə olunmasına yardım məqəsdi daşıyır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki , bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur.
Bu isə belə şərh olunmalıdır ki , danışıqların müəyyən mərhələsindən sonra etimad məsələsi aktuallaşa bilər və Azərbaycan tərəfi buna etiraz etmir. Əgər bütün bunları ümumiləşdirməyə çalışsaq belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan işğalçı Ermənistanı danışıqlar masasına qaytara bildi.
Öz mövqeyindən geri çəkilmədi, beynəlxalq dəstəyini daha da artırdı və problemin sülh yolu ilə həll olunması ilə üçün Ermənistana növbəti şans verdi. Bu şansdan İrəvanın necə istifadə edəcəyini isə onun bundan sonra atacağı addımlarda görəcəyik. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək üçün heç vaxt digər vasitələ də əl ata biləcəyini istisna etməyib".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə