Xanım aparıcı boynundan bıçaqlandı - Rusiyada





Rusiyada "Echo de Moscou" radiosunun aparıcısı Tatiana Felqenaur  redaksiyada boyun nahiyəsindən bıçaqlanıb. 

"Sherg.az" "fr.euronews.com"a istinadən xəbər vevrir ki, jurnalist hazırda reanimasiya otağına
yerləşdirilib, səhhəti tədricən yaxşılaşmaq üzrədir. 

Bu barədə aparıcının yerləşdirildiyi xəstəxanadan məlumat verilib. Xəbərə əsasən o əməliyyatdan dərhal sonra aparıcı süni koma vəziyyətində qalıb , daha sonra reanimasiya otağına yerləşdirilib. Hazırda həklimlər yardımlarını davam etdilir. 

Əməliyyat öncəsi isə vəziyyəti kifayət qədər ağır olub. Polis jurnalistin şəxsi düşməçilik qismində rus mənşəli israil vətəndaşı tərəfindən bıçaqlandığını bildirib.

Tərcümə etdi: Ayyət ƏHMƏD