"Xaricdəki anti- Azərbaycan şəbəkəsi xalq təəssübü çəkmir, qrant davası aparır" - Özünüifşa

"Azərbaycanın bütün sahələrdəki uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri və artan nüfuzu xaricdəki müəyyən anti- Azərbaycan dairələri narahat edir. Məhz ona görə də, həmin qüvvələr zaman -zaman ölkəmizlə bağlı ya iqtisadi, ya da siyasi planlar həyata keçirmək istəyirlər. Xaricdəki anti- Azərbaycan şəbəkəsi də o dairələrin əlində bir vasitəyə çevrilib. Biz o vaxt da deyirdik ki, həmin şəbəkəni vətən, millət, xalq deyil, məhz Azərbaycann tərəqqisini istəməyən dairələrin qrantı düşündürür. Yəni həmin dairələr ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün bu cür anti-milli insanlardan istifa edir. Şübhəsiz ki, həmin şəbəkəyə də külli miqdarda qrant ayrılır. Biz o şəbəkənin qrant davası apardığını deyəndə bəziləri inanmırdı. Amma indi özləri -özlərini ifşa edirlər".
Bu sözləri "Sherg.az"a millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Deputat qeyd edib ki, artıq Azərbaycan cəmiyyəti həmin şəbəkə üzvlərinə inanmır. Çünki onların bir-birinin iç üzünü açması bütün həqiqətləri ortaya qoydu:
"Onlar xalqın, millətin təəssübünü çəkmirlər. Öz ciblərini doldurmağın davasını aparırlar".
Deputat vurğulayıb ki, Azərbaycana qarşı vaxtaşırı belə kampaniyalar aparılır və sonları da bu şəbəkə kimi olur :
"Bu mənada ölkəmizə qarşı bu sayaq qarayaxma kampaniyasının aparılmasından qətiyyən təəccüblənmirəm. Artıq bu yalanlara inananların sayı durmadan azalmaqdadır. Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparan, dövlətimizə və onun rəhbərliyinə böhtan atmağa çalışanlar ermənipərəst qüvvələrdir. Amma həmin məkrli dairələr bilməlidirlər ki, heç zaman öz istəklərinə nail ola bilməyəcəklər".
Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.
Ayyət Əhməd