Xəzərdə daha bir nəfər batdı, axtarış aparılır




Bakıda bir nəfər dənizdə batıb, batmaq təhlükəsi ilə üzləşən digər şəxs xilas olunub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfəri sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər, digər 1 nəfərin axtarışı isə davam edir.