XİN: Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur





Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Trend-in müxbirinin sualını cavablandırarkən deyib.

O bildirib ki, ikitərəfli perspektivlər müxtəlif sahələrdə reallaşdırılır və dinamika müsbətdir.

M.Zaxarovanın sözlərinə görə, müsbət dinamika təkcə siyasi və humanitar sahələrdə deyil, həm də qarşılıq münasibətlərin digər sahələrində də müşahidə olunur.