Yerevandan qayıtmış millət vəkili: Ermənistanda sosial vəziyyət ağırdır
09:53 30.11.2018
Arxiv
443
Ermənistanda sosial vəziyyət ağırdır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əflatun Amaşov deyib.
O qeyd edib ki, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü: "Biz, əsasən, şəhərin mərkəzində olduq. Ölkə seçki ərəfəsindədir. Hava limanından şəhərə gedərkən yollardan, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü. Bakı ilə Yerevanı müqayisə etmək düzgün deyil. Dəyişiklik, fərq çox böyükdür”.
Ə.Amaşov Yerevandakı Göy Məscidə baş çəkdiklərini də diqqətə çatdırıb:
"Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyevlə fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkdik. Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib.
Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib. Bizim baş çəkdiyimiz Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri hesab olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya