Zəhranın qətlinə görə Ermənistanı qınayanlar SANKSİYA tətbiq etmədilər




Bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi. Bu məsələ qısa müddət ərzində dünya ictimaiyyətinə çatdırıldı. Beynəlxalq təşkilatlar Ermənistanın bu əməlini qınadı. Bəs görəsən bu qınaqların hansısa təsiri oldumu?

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı Modern.az-a deyib ki, 2 yaşlı Zəhranın qətli Ermənistanın qəddar imicini bir daha ortaya qoydu:

"Ermənistan illərdir xalqımıza qarşı genosidi davam etdirir. Belə hadisələr Ermənistanın qəddar, işğalçı imicini açıq şəkildə göstərdi. Ermənistanın işğalçılığı ilə bağlı ikili standartlar var, bəzən balanslaşdırılmış formada münasibət göstərilir. Zəhranın qətli kimi hadisələr Ermənistanın ifşa olunmasına aparır. Əminəm ki, işğalçıların beynəlxalq təşkilatlar tərəfindən qınanması Azərbaycanın bu məsələdə nə qədər haqlı olduğunu göstərəcək.

Bir uşağın, mülkü insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Mən bu günlərdə BMT-də gördüm ki, erməni hərçilərin bi vandal əməli necə nifrətlə qarşılanıb, qınanmaq sözü çox yumşaq səslənir, onlar lənətlənir. 2 yaşlı körpənin, qadının öldürülməsi insanlığa qarşı törədilmiş cinayətdir. Zəhra Ermənistan tərəfindən öldürülən ilk körpə deyil, onların bu əməllərini dünyaya çatdırmaqla iç üzlərini ifşa etməliyik”.