"Moskva Bəyannaməsi" İrəvanın Qarabağ iddiasına nöqtə qoydu”
Yusif Nəzərli
14:44 25.02.2022
Aktual
741
"Moskva Bəyannaməsi"ndə separatizmə qarşı mübarizə ilə bağlı bənd var”
“Sənədin əsasında ərazimizdə, xüsusilə Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrdəki separatçılar həbs ediləcək”
Fevralın 22-də İlham Əliyev və Vladimir Putin "Moskva Bəyannaməsi"ni imzalayıb. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” müqavilə Rusiya və Azərbaycan münasibətlərinin inkişafına təsir göstərəcək. Sənəd regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək. Bəyannamə də iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə və idman sahəsində əməkdaşlığının genişləndirilməsi planlaşdırılır.
Bəyannamənin iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı "Sherg.az"a danışan millət vəkili Asim Mollazadə bildirib ki, müqavilə İrəvanın Qarabağ iddiasına nöqtə qoydu:
“Sənəddə çoxşaxəli əməkdaşlıq nəzərdə tutulub. Həm nəqliyyat, həm enerji, həm də mədəniyyət sahəsində birgə əməkdaşlıq planlaşdırılır.
Həmçinin müqavilədə göstərilib ki, Azərbaycanın ərazi bütövlüyü Rusiya tərəfindən tanınır və dəstəklənir. Bu sənədlə Ermənistanın Qarabağ məsələsini gündəmə gətirməsinin üzərindən də xətt çəkildi.
"Moskva Bəyannaməsi"ndə separatizmə qarşı mübarizə ilə bağlı bənd var.
Sənədin əsasında ərazimizdə, xüsusilə Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrdəki separatçılar həbs ediləcək.
Bəyannamənin imzalanması Türkiyə-Rusiya münasibətlərinə də müsbət təsir göstərəcək. Azərbaycan iki dövlət arasındakı əlaqələrin tənzimlənməsini təmin edə bilər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə