
Hesablama Palatası yoxlamalar aparacaq! – “Maliyə pozuntuları açıqlanır...”
Yusif Nəzərli
14:25 18.01.2023
Aktual
861
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında yoxlamalar aparması planlaşdırılır. Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O qeyd edib ki, qarşıdakı günlərdə bununla bağlı işlər görüləcək.
Həmçinin, V.Gülməmmədov diqqətə çatdırıb ki, bu il Hesablama Palatasının 45 yeni nəzarət tədbiri həyata keçirməsi nəzərdə tutulub:
"Palatanın cari il üçün iş planına uyğun olaraq fevralın 1-dən nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq”

Məsələnin əhəmiyyəti barədə "Sherg.az"a danışan Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, belə yoxlamalar Hesablama Palatasının vəzifə borcudur. Onun sözlərinə görə, Naxçıvanda son zamanlarda aparılan yoxlamalar və həbslər bunu tələb edirdi:
"Belə böyük hallar korrupsiya və digər hadisələr olduqda Palata dövlətdən ayrılan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı müəyyən yoxlamalar aparır. Hesablama Palatası ilə Azərbaycan Respublikasının Prokurorluqu arasında əldə edilmiş razılaşmaya əsasən cinayət xarakterli halların hüquq-mühafizə orqanlarına, prokurorluğa göndərilməsi istisna deyil. Digər bir məsələ isə şəffaflığın təmin edilməsidir.
Fikir versək, görərik ki, Palata ölkənin bir çox qurumunda müxtəlif yoxlamalar apararaq cəmiyyətə müəyyən açıqlamalar verir. Bəzən bu açıqlama mənbəyinin dövlət qurumlarında olan maliyə pozuntularının cəmiyyətə açıqlama obyekti kimi Hesablama Palatasını görürük.
Onlar hər il Milli Məclis qarşısında hesabat verərəkən, özünün bu çür yoxlamaları ilə bağlı cədvəli millət vəkillərinə təqdim edir. Müzakirələr zamanı belə faktlara istinadən müəyyən məsələlərə toxunur”.
Ç.Qənizadənin qənaətincə, Hesablama Palatası yeganə qurumlardandır ki, onun fəaliyyəti ilə əlaqəli nə mətbuatda, nə də cəmiyyətdə mənfi rəy formalaşıb:
“Hər bir yoxlama ilə bağlı qanunun imkan verdiyi hissədə əhali üçün açıqlamlar olacaq. Dövlət vəsaitinin qanunsuz mənimsənilməsi halları baş verəcəksə, həmin şəxslərin cəzalandırılması və vəsaitin geri qaytarılması üçün addımlar atılacaq. Hesablama Palatası öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir".
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm