Şahzadə şahidlik edəcək: Media davasında ilk yaşanır
13:17 05.06.2023
Dünya
593
Böyük Britaniya şahzadəsi Harri “Daily Mirror” qəzetinin təsisçisi olan “Mirror Group Newspapers (MGN)” media şirkətinə təzminat davası açıb və şikayət üzrə məhkəmə istintaqının başlanacağı gözlənilir.
“Sherg.az” “NTV.com.tr”tə istinadən bildirir ki, şahzadə media şirklətini “telefon danışığını izinsiz dinləmə” iddiası ilə məhkəməyə müraciət edib. Şahzadənin məhkəmədə ifadə verməsi kral ailəsində 130 il sonra təkrar yaşanan hadisə olacaq. Şahzadə kral ailəsi üzvü olaraq məhkəmə salonunda ifadə verəcək və şahidlik edəcək. Şahzadə adıçəkilən media orqanını qanunsuz olaraq məlumat toplamaqda suçlayır. Onun iddiasına görə, media şirkətinin əməkdaşları qanuna zidd fəaliyyətləri üçün özəl dediktivdən istifadə edərək məlumatlar əldə etməyə çalışıblar və şahzadənin telefonunun izinsiz dinləyiblər. Bənzər hadisə 130 il əvvəl kral Edvardla bağlı yaşanıb. Kral Edvard 1870-ci ildə bir boşanma davasında və bir kart oyunuyla bağlı iftira davasında şahid olaraq ifadə veribmiş. Ailəsiylə ABŞ-da yaşayan şahzadənin Londona gələcəyi və məhkəmədə media şirkıətinin vəkilləri tərəfindən çarpaz sorğu-suala tutulacağı gözlənilir. Şahzadə və həyat yoldaşı Meqan Markl 3 il əvvəl ABŞ-a köçsələr də İngiltərə məhkəmələrindəki hüquqi davaları davam edir. Meqan Markl ötən il “Sunday” qəzetinə özəl həyatı barədə məlumatlkarın izinsiz yayılmasına görə 1 sterling dəyərində təzminat davası açmışdı. Londona gələn şahzadə atası kral Çarlzla görüşə bilməyəcək. Çünki kral Rumıniyaya 5 günlük səfərə gedib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya