"Vaşinqton formatına rəğmən sülh müqaviləsi tezliklə imzalanmayacaq" - Fuad Abbasov
09:34 07.06.2023
Gündəm
630
"Bunda əvvəlki görüşlərdə olduğu kimi, tərəflər digər formatlarda təməsları davam etdirmək qərarı alacaqlar"
Ermənistan və Azərbaycan XİN başçıları arasında danışıqların növbəti raundunun tarixi açıqlanıb.
Məlumata görə, növbəti görüş iyunun 12-də Vaşinqtonda baş tutacaq. Açıqlamada görüşün detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəlki görüş 1-4 may tarixlərində keçirilib. ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Baş tutacaq görüşün gizlinlərini "Sherg.az"a açan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Vaşinqton və Brüssel eyni cəbhədə Rusiyaya qarşı, həm də Qarabağ məsələsinin həlli yönündə fəaliyyət göstərirlər:
"İyunun 12-də baş tutacaq görüş də bunun bariz nümunəsidir. Həmçinin nəzərə almalıyıq ki, həm Avropada, həm də ABŞ da güclü erməni lobbisi var və onlar görüşləri sabotaj edərək öz bildikləri gündəm masələlərini, problemlərini ortaya atmağa çalışırlar. Amma ABŞ tərəfindən verilən açıqlamalarda isə, Vaşinqtonun lobbiçilik fəaliyyətlərinə baxmayaraq Cənubi Qafqazda Rusiyanın fəaliyyətlərinə qarşı sülh kampaniyası apardığının şahidi oluruq".
Analitik əlavə edib ki, Vaşinqton formatına rəğmən sülh müqaviləsinin tezliklə imzalanmayacağını düşünür:
"Bunda əvvəlki görüşlərdə olduğu kimi, tərəflər digər formatlarda təməsları davam etdirmək qərarı alacaqlar. Çünki Nikol Paşinyan hakimiyyəti sülh müqaviləsini dəstəklədiklərini göstərsələr də, erməni cəmiyyəti sülhə hələ hazır deyil. Həm Paşinyan, həm də rəqibləri bunu yaxşı bilərək, siyasi oyunlarında istifadə edirlər. Siyasiləşdirimiş bir erməni ictimaiyyəti ilə üz-üzə qaldığımız üçün yaxın zamanlarda sülh müqaviləsinn imzalanmasına inanmaq yanlış olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya