Bəhanələrə, süni maneələrə yer qalmadı
Yusif Nəzərli
09:30 08.06.2023
Gündəm
410
Ermənistan tərəfi sərhədlərin delimitasiya olunmasını birtərəfli qaydada illərlə yubada bilməz
"Azərbaycan ictimaiyyəti Ermənistanın rəhbər şəxslərinin tez-tez qeyri-adekvat və əsassız açıqlamalarla çıxış etməsinə öyrəşib".
Bu barədə "Sherg.az"a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, sərhədlərin delimitasiyası prosesini indiyə qədər müxtəlif bəhanələrlə yubadan Ermənistan tərəfinin indi də məhz 1975-ci il xəritəsinə istinad edilməsini təkid etməsi, həqiqətən də, absurddur:
"Sözsüz ki, burada ənənəvi erməni hiyləgərliyi də özünü göstərməkdədir. Məsələ burasındadır ki, digər xəritələrdən fərqli olaraq sözügedən xəritədə anklavlar öz əksini tapmayıb. Bu da müəyyən mənada Ermənistanın maraqlarına cavab verir. Rəsmi İrəvanın bütün canfəşanlığı da ilk növbədə bundan qaynaqlanır. Eyni zamanda İrəvan bundan istifadə edərək danışıqları qəsdən dalana dirəyir. Lakin İrəvanın bəhanələri, süni maneələri heç bir nəticə verməyəcək.
Çünki delimitasiya prosesi yalnız bir tərəfin istəkləri əsasında aparıla bilməz. Odur ki, Ermənistan delimitasiya prosesində 1975-ci il xəritələrinə istinad edilməsini istəsə də, Azərbaycan tərəfi isə haqlı olaraq bütün hüquqi əhəmiyyətə malik sənədlərin, xəritələrin nəzərdən keçirilməsini tələb edir. Və bu prosesdə diktə etmək haqqı olan tərəf də yalnız Azərbaycandır. Mayın 28-də Laçına səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev də bu rayondan olan sakinlərlə görüşdə çıxış edərkən sərhədlərin delimitasiyasının bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında aparılmalı olduğunu xüsusilə qeyd etdi. Ermənistan tərəfi sərhədlərin delimitasiya olunmasını birtərəfli qaydada illərlə yubada bilməz. Ona görə də Ermənistan rəhbərliyi xəritə spekulyasiyası ilə məşğul olmağa dərhal son qoymalıdır və prosesi süni surətdə yubatmaq əvəzinə, delimitasiya işinə başlamaq üçün real addımlar atmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə