
"Xankəndi "bələdiyyəsi" ilə prosesə start verilə bilər" - RƏY
11:47 05.08.2023
Siyasət
499
Ermənilərin reinteqrasiya prosesi uğurla baş tutarsa, pilot layihəyə başlamaq olar
"Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində qeyd etdiyi təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları bu gün Qarabağ ermənilərini ən çox narahat edən məsələlərdir. Rəsmi Bakı ermənilərin bu narahatlığını yaxşı bilir. Ermənilər qeyd olunan məsələləri "mədəni muxtariyyət" və ya xüsusi "status" çərçivəsində onlara verilməsini istəsə də, Azərbaycan bununla razılaşmır". Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib. Ekspertin sözlərinə görə, məsələ ondadır ki, ermənilərin xüsusi "status" kimi tələb etdiyi hüquqlar Azərbaycan Konstitusiyası ilə ölkədə yaşayan bütün etnik azlıqlara verilir. Digər etnik azlıqlara verilən hüquqların ermənilərə "xüsusi imtiyaz" kimi verilməsi məntiqsiz olmaqla yanaşı, həm də ölkədə yaşayan digər xalqlara ədalətsizlik olar: "Prezidentin çıxışının diqqətçəkən digər tərəfi də məlum açıqlamaların Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbərinin yayıldığı bir zamanda deməsidir.
Düzdür, xəbər hələlik təsdiqini tapmasa da, mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının maraqlarına uyğundur. Qeyd edilən təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi məsələləri mümkündür ki, Yevlaxda və ya bu formatda digər şəhərlərin birində baş tutacaq görüşün əsas müzakirə mövzusu olacaq. Yəni Bakı üçün mədəni muxtariyyət və ya xüsusi imtiyaz kimi məsələlər müzakirə mövzusu deyil. Prezidentin dediyi məsələlərdə yalnız və yalnız Azərbaycan konstitusiyasında göstərilən maddələr əsasında Qarabağ ermənilərinə təklif edilir".

T.Rzayev diqqətə çatdırıb ki, Prezident müsahibə zamanı Qarabağ ermənilərinin təmin ediləcəyi hüquqlar arasında bələdiyyə hüquqlarını da vurğulayıb. Bu, olduqca mühüm detaldır: "Azərbaycanda bələdiyyələr olsa da səlahiyyət və vəzifələri çox məhduddur. Hətta uzun illərdir bələdiyyələrin səlahiyyətinin artırılmasına dair müxtəlif təkliflər verilir, bu istiqamətdə çağırışlar edilir. Prezidentin bu istiqamətdə ermənilərin hüquqlarının təmin ediləcəyini bildirməsi özündə iki məna ehtiva edir.
Birincisi, ermənilərin bələdiyyə hüququ mövcud Azərbaycan reallıqları əsasında təmin ediləcək. Yəni gələcəkdə bələdiyyələrin səlahiyyəti artacağı təqdirdə ermənilər də bundan faydalanacaq. İkincisi, bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi dövlətin gündəmindədir. Ermənilərin reinteqrasiya prosesi uğurla baş tutarsa, pilot layihə kimi ilk olaraq buna Xankəndi bələdiyyəsi ilə start verilə bilər. Təbii ki, bu, subyektiv yanaşmadır, belə olmaya da bilər. Lakin mühüm olan Prezidentin bələdiyyə detalını vurğulamasıdır və bu heç də səbəbsiz deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya