Qubad İbadoğlunun azadlığı üçün Prezidentə müraciət olundu
16:07 05.08.2023
Hadisə
502
Bir sıra Azərbaycan ziyalıları iqtisadçı alim, professor Qubad İbadoğlunun həbsdən azad olunması xahişi ilə ölkə başcısı , Prezident İlham Əliyevə müraciət ediblər.
"Sherg.az" xəbər verir ki, müraciətdə yazılır:
"Cənab Prezident!
Nəzərinizə çatdırırıq ki, ölkəmizi uzun illər dünyanın mötəbər tədris ocaqlarında ləyaqətlə təmsil etmiş professor Qubad İbadoğlu vətənə döndükdən 20 gün sonra – 23 iyul 2023-cü il tarixdə, polis əməkdaşları tərəfindən saxlanılıb. İyulun 24-də isə məhkəmə Qubad İbadoğlu haqqında Cinayət Məcəlləsinin 204.3.1 maddəsinə istinadla 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Qubad müəllimin şəkərli diabet xəstəsidir.
Cənab Prezident!
Düşünürük ki, bu qədər zəngin bioqrafiyaya malik bir alimin həbs edilməsi, erməni işğalına qarşı haqq mübarizəmizdə sərgilədiyimiz ədalətli mövqeyi də hədəf almaqdadır. Artıq erməni mediası bu həbsi bəhanə edərək, "Azərbaycanda yaşayan ermənilərin amanda olmaması" barədə bəzi iddialar irəli sürürlər...
Ona görə biz, bir qrup ölkə ziyalısı olaraq, tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz Sizə müraciət etmək qərarına gəldik.
Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz çəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq
durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız.
Qeyd edək ki , müraciəti 80 nəfər ölkənin tanınmış ictimai - siyasi xadimi , elm adamları , jurnalistlər imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya