Putin, Tramp, xərçəng... Baba Vanqanın 2024-cü il proqnozları gündəmdə
16:26 29.11.2023
Dünya
659
Balkanların Nostradamusu kimi də tanınan və əksər proqunozları gerçəkləşən Baba Vanqanın 2024-cü illə bağlı proqnozları yenidən gündəmə gəlib. ABŞ-da 11 sentyabr terror aktlarını, İŞİD-in meydana çıxacağını və “Brexit”i proqnozlaşdıran Vanqa 2024-cü il üçün də bir çox proqnozlar verib.
Sherg.az xarici media istinadən xəbər verir ki, 2022-ci ildə Barak Obamanın ABŞ prezidenti seçiləcəyini, “Covid-19” epidemiyasını, Kursk fəlakətini və su böhranını proqnozlaşdıran Baba Vanqa sağ ikən bir çox siyasi və məşhur adlar tərəfindən ziyarət olunub.
Baba Vanqa Putinin həyatına sui-qəsdə cəhd olacağını proqnozlaşdırıb. Kahin qeyd edib ki, Rusiya prezidentinə öz ölkəsində kiminsə tərəfindən sui-qəsd olacaq və ekstremistlər terror aktlarını artıracaqlar.
Baba Vanqa ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə onu kar edəcək və beyin travmasına səbəb olacaq sirli xəstəliyə tutulacağını proqnozlaşdırıb.
O, iddia edir ki, "böyük ölkə" bioloji silah sınaqlarına və ya hücumlara məruz qalacaq. Vanqanın proqnozlarına görə, 2024-cü ildə bioloji və terror hücumları ilə yanaşı, kiberhücumlar da artacaq.
Kahin, əvvəllər sağalmaz olduğu düşünülən xəstəliklər üçün yeni müalicə üsulları və vasitələrin hazırlanacağını proqnozlaşdırıb. O, Alzheimer və xərçəngin müalicəsində milyonlarla insana ümid bəxş edəcək böyük bir inkişaf olacağını bildirib.
Baba Vanqa gələn ildə kvant hesablamalarında böyük bir irəliləyiş olacağını da proqnozlaşdırıb. Kvant kompüterlərinin inkişafının maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi müxtəlif sektorlara əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.
Vanqa 2024-cü ildə dəhşətli hava hadisələri və təbii fəlakətlərin baş verəcəyini də proqnozlaşdırıb.
Qeyd edək ki, Baba Vanqa 1911-ci ildə Bolqarıstanın kiçik bir kəndində anadan olub və 12 yaşında qasırğa zamanı görmə qabiliyyətini itirib. O, kor olmasına baxmayaraq, gələcək hadisələri proqnozlaşdırmaq üçün inanılmaz bir qabiliyyət sahibi olub. Baba Vanqa sağlığında qlobal hadisələri heyrətamiz dəqiqliklə proqnozlaşdırmaq bacarığına görə “Balkanların Nostradamusu” kimi tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region