Teleqraf: London İranla birbaşa münaqişəyə hazır olmalıdır
Yusif Nəzərli
23:51 11.04.2024
Dünya
476
Böyük Britaniya rəhbərliyi İran İsrailə hücum edəcəyi təqdirdə onunla birbaşa münaqişəyə girməyə hazır olmalıdır.
“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzetinin köşə yazarı, Kral Silahlı Qüvvələrinin istefada olan polkovniki Riçard Kempin məqaləsində deyilir.
Kemp yazıb: “İsrailin özünümüdafiə hüququnu dəstəklədiyimizi deyən Böyük Britaniyanın xarici işlər naziri Lord Kameronun sözləri boş söz olmaqdan çıxmalı və Birləşmiş Krallıq İrana qarşı birbaşa hərbi əməliyyatlara hazır olmalıdır”.
Müəllifin fikrincə, Tehran ABŞ və Böyük Britaniyanın zəifliyi ucbatından İsrailin qonşularını silahla təmin etməklə Yaxın Şərqdəki vəziyyəti aktiv şəkildə destabilləşdirir.
O, həmçinin Qərb ölkələrinin son həftələrdə İsrailə qarşı tutduqları daha sərt mövqeyi tənqid edir və deyir ki, Rusiya və Çin regionda növbəti alovlanmaya Qərbin necə cavab verəcəyini diqqətlə izləyəcək.
Onun sözlərinə görə, London və Vaşinqton israillilərə İrana qarşı mübarizədə kömək etmək üçün lazım olan hər şeyi etməli olacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə