İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Yusif Nəzərli
05:37 25.10.2024
Siyasət
252
İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib.
APA-nın xəbərinə görə, o deyib ki, onun siyasi partiyasının haqlı olaraq bitərəf qaldığı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini təəccüblə qarşılayıb.
“Parlament suverendir, lakin bu o demək deyil ki, hökumət nümayəndələri öz fikirlərini ifadə edə bilməzlər, biz demokratik ölkələrik”, deyə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli bildirib.
“Əvvəla, qətnamə hüquqi və tarixi saxtakarlıqla doludur. Məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal etmişdir. BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil, bu, regionun erməni separatçı rəhbərliyinə havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır. Halbuki beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub. Rusiyanın Ukraynada etdiyi kimi. Azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilmirlər, çünki onların şəhərləri yerlə-yeksan edilib və hər yer hələ də minalanmış vəziyyətdədir”, deyə “İtaliya Qardaşları” partiyasının nüfuzlu üzvü olan nazir müavini E.Çirielli vurğulayıb.
O, əlavə edib: “Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir. Bu qətnamə həqiqətən də Ermənistan hökumətini Rusiya Federasiyasının dəstəklədiyi müxalifətin hazırkı hökuməti ermənilərin hüquqlarını satmaqda günahlandırdığı daxili çəkişmələrə məruz qoyur".
“Qətnamədə İtaliyaya gələn və illərdir avropalı tərəfdaşlarımızın Rusiya qazından asılı olmamaq üçün bizi ikiqat artırmağa sövq etdiyi TAP-a əsaslanan Azərbaycan qazından enerji asılılığına hücum da təəccüblüdür. Hətta Rusiya qazının Azərbaycandan alınması ittihamı da beynəlxalq səviyyədə əsaslandırmalardan kənardır və müvafiq təşkilatlarda bunu heç kim mübahisələndirmir. Son iki il müharibə ərzində Avropa ilə Rusiya Federasiyası arasında münasibətləri əngəlləyən sanksiyaların nəticəsində Rusiya ilə Ermənistan arasında ixrac və ticarət əlaqələrinin dörd dəfə artmasına dair sükut hökm sürür. Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi. Bunu ABŞ-dan olan tərəfdaşlarımız çox yaxşı edirlər, həmçinin xarici işlər nazirimiz Tayani də müvafiq tərəflərlə bir neçə dəfə görüşmüşdür və bu, ABŞ tərəfdən də böyük təqdirlə qarşılanmışdır”, - deyə İtaliya Nazirlər Şurasının Qafqaz bölgəsinə məsul nümayəndəsi Çirielli vurğulayıb.
"Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-nin enerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə strateji tərəfdaşıdır, çünki Qafqazda rus qoşunlarının yerləşməsinin qarşısını almaqda maraqlıdır. Halbuki rus qoşunları Ermənistanda yerləşir və Gürcüstanın iki regionunu, Abxaziya və Osetiyanı qeyri-qanuni işğal edib. Gürcüstanın özü xristian olmasına baxmayaraq, Azərbaycanın strateji və logistik tərəfdaşıdır. Bu, həm də həmin bölgədə baş verənlərin dini müharibə olmamasını göstərir. Mən bütün dediklərimdə əminəm, çünki nazir Tayaninin təklifi ilə xarici işlər naziri qismində Qafqaz bölgəsi mənim vəzifə səlahiyyətlərimə aid ediləndən sonra, dəfələrlə bütün bölgə ölkələrinə səfər etmişəm və bölgənin hər üç ölkəsindən İtaliyada çoxsaylı nümayəndə heyətlərini qəbul etmişəm”, - deyə Çirielli fikirlərini tamamlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət