Anar Bağırovdan vəkillərə VACİB ÇAĞIRIŞ
Yusif Nəzərli
13:45 12.02.2022
Cəmiyyət
537
Vəkillər Kollegiyasının sədri vəkillər üçün pulsuz koronavirus testlərinin verilməsinin təşkili barədə məlumat paylaşıb.
Oxu.Az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələ ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda mürəkkəb epidemioloji şəraitdə ən qısa zamanda vəkillər üçün pulsuz COVID-19 testlərinin verilməsinin təşkilinə görə, yeni tibbi müayinə məntəqəsinin yaradılmasına görə Ədliyyə Nazirliyinə təşəkkür edib:
“Başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinə bir daha minnətdarlığımızı bildiririk. Hazırda dünyada və ölkəmizdə yoluxma sayı yüksəkdir, əhali ilə sıx təmasda olan bütün digər riskli peşə sahiblərində olduğu kimi vəkillərimiz sırasında həmçinin yoluxanların sayı az deyil.
Ədliyyə Nazirliyinin təşəbbüsü ilə vaxtında görülən tədbirlər nəticəsində son günlər virus aşkar olunan vəkillərimizə və müstəntiqlərə bu barədə məlumat verilmiş, yeni yoluxma hallarının qarşısı vaxtında alınıb. Ədliyyə Nazirliyinin Tibb Xidməti tərəfindən vəkillərlə bağlı məlumatlar VKRH-nə vaxtaşırı göndərilir.
Bütün həmkarlardan bir daha karantin qaydalarına ciddi əməl olunmasını, özlərinin və yaxınlarının səhhətlərinə biganə qalmamağı, xəstəlik simptomları olduğu halda dərhal müayinə olunmağı artıq dərəcədə xahiş edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou