“Araz” da erməni istehsalı şokolad satır? – FOTO
13:29 13.01.2020
Cəmiyyət
896
Bakının “Freshmart” mağazasında İrəvan istehsalı olan şokoladların satılması faktı üzə çıxıb. Axar.az xəbər verir ki, medianın bu məsələyə reaksiyasından sonra mağazadakı şokoladlar Rusiya istehsalı olan analogiyası ilə dəyişdirilsə də, yenə də orda Ermənistan istehsalı məhsula rast gəlmək olur.
Bu arada sözügedən şokoladların “Araz” supermarketlər şəbəkəsində də satıldığı iddia edilib.
Məsələ ilə bağlı Axar.az-a danışan “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, sözügedən mağazalar şəbəkəsində satılan “Çoko Panda” və “Çoko Layka” draje şokoladları Rusiyanın Stavropol şəhərində yerləşən “Şokolend” fabrikinin istehsalıdır:
“Həmin zavodun direktoru Oksana Molçanova adlı xanımdır. Bu şokoladları isə ölkəyə idxal edən “Araz” supermarketlər şəbəkəsidir. İrəvan istehsalı olan şokoladlarla bizim mağazalarda satılan şokoladların heç bir əlaqəsi yoxdur. Həmçinin, onu da qeyd edim ki, hər idxal partiyası rəsmi olaraq yoxlanışdan keçir”.
Apardığımız araşdırma zamanı məlum oldu ki, “Şokolend” Rusiyanın Stavropol şəhərində Kənd Təsərrüfatına dəstək Fondunun dəstəyi ilə yaradılan bir şokolad brendidir. Ermənilər isə bu məhsulun dizaynını xislətlərinə uyğun oğurlayaraq, öz brendləri adı altında satışa çıxarırlar. Stavropolda erməni diasporları güclü fəaliyyət göstərir, buna görə də ehtimal edilir ki, erməni fabrikləri bu məhsulu hazırlayıb, diasporların əli ilə Rusiyadan digər ölkələrə ixrac edirlər.
Qeyd edək ki, ermənilərin dizaynını oğurlayıb, istehsal etdikləri şokoladların arxasında İrəvanda istehsal edildiyi göstərilir.
Müqayisə üçün hər iki şokoladın fotosunu təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi