Atatürkün abidəsinə sayğısızlıq
Yusif Nəzərli
08:53 04.02.2022
Cəmiyyət
856
Kəndirlə yıxmaq istədilər, 2 nəfər saxlandı
Türkiyənin Samsun şəhərində Atatürk adına parkda milli mücadilənin rəmzi sayılan heykələ qarşı sayğısızlıq edilib. Parkda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün at üstündə möhtəşəm abidəsinə kəndir ataraq yıxmaq istəyən 2 nəfər yaxalanıb. Səhər saatlarında parka gələnlər heykəl atın ayaq hissəsinə kəndir bağlandığını görüb. Bu barədə dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları at heykəlinin ayağına bağlanmış kəndiri kəsərək sübut əşyası kimi müsadirə ediblər. Parkda quraşdırılmış təhlükəsizlik kameraları da incələnib.
Kamera görüntülərindəki 2 nəfər qısa zamanda yaxalanıb. Samsun valiliyinin hadisə barədə yaydığı açıqlamada bildirilir ki, Qazi Mustafa Kamal Paşanın milli mücadilə yolunda ilk addımlarını atdığı Samsunda ucaldılmış abidəyə qarşı sayğısızlıq qəbuledilməzdir və bu mənfur hərəkətin kimlər tərəfindən və hansı məqsədlə edildiyi mütləq araşdırılacaq. Atatürkçü Düşüncə Dərnəyinin Samsun şöbəsinin başqanı Işık Özkefeli hadisə yerinə gəlib və “çox üzgünüm.
Bu abidə Samsun xalqının Atatürkə vəfa borcu və şəhərin qürurudur.
Ona qarşı belə çirkin hərəkət cəzasız qalmamalıdır”, deyib. Hadisə barədə məlumat alan siyasi partiya və ictimai birliklərin üzvləri də parka axışıb. CHP Samsun başqanı Fatih Türkel “bu işin arxasında kimlər var, öyrənəcəyik. Bu, 2 nəfərin işi deyil. Burada bilərəkdən və qəsdən qurulmuş məkrli bir plan vardır”, söyləyib. Sonra ziyarətçilər abidə ətrafında əl-ələ tutub dairə əmələ gətiriblər.
AKP, MHP, BBP təmsilçiləri də abidə önünə gələrək təəssüflərini ifadə ediblər. AKP Samsun başqanı Ersan Aksu hadisəni “açıq təxribat” adlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region