Avtobus sürücülərinin özbaşınalığı davam edir: Sərnişinlərdən isə səs çıxmır - PROBLEM
Turan
07:23 14.01.2020
Cəmiyyət
939
Qaradağ rayonunda avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb. Hadisə Buta qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Elnur İsmayılov 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılıb. Kəllə-beyin travması diaqnozu qoyulan yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Məlumdur ki, ictimaiyyətdə ən ciddi və davamlı müzakirə olunan problemlərindən biri də marşrutlarla bağlıdır. Demək olar ki, hər gün mediada və sosial şəbəkələrdə avtobus sürücülərinin özbaşınalığını, sükan arxasında telefonla danışmaqlarını, hətta yeyib-içmələrini əks etdirən görüntülər yayılır. Ancaq bir sıra hadisələrdə sərnişinlər də tənqid olunur.
Ekspertlərin fikrincə, bəzi hallarda ictimai nəqliyyatda problem yaradanlar məhz sərnişinlərdir. Ancaq daha ciddi məqam sərnişinlərin sürücülərin yanlış hərəkətlərinə və davranışlarına laqeyd yanaşmaları, vaxtında reaksiya verməmələridir.
Mövzu ilə bağlı “Şərq”ə fikirlərini bölüşən tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət də hesab edir ki, marşrutlarla bağlı problem təkcə sürücülərlə, avtobuslarla bağlı deyil.
Onun fikrincə, sərnişinlərin biganəliyi problemlərin birdəfəlik aradan qalxmasına imkan vermir:
“Hamımız az-çox ictimai nəqliyyatdan istifadə edirik. Mən özüm tez-tez metro və marşrutlardan istifadə edirəm. Açığı deyim ki, hər dəfə avtobusa minəndə əsəbiləşirəm. Bəzi sürücülərin özbaşınalığına hirslənirəm. Çünki sürücü siqaret çəkir, ucadan danışır, musiqiyə qulaq və sərnişinlə kobud rəftar edir. İstər-istəməz mənim kimi adam buna laqeyd qala bilmir və məcburiyyət qarşısında reaksiya verir. Hətta bəzən həmin sürücünün səviyyəsinə enəcək həddə çatıram. Ona görə də çox zaman mübahisədən qaçıram”.
A.Həsrət bildirib ki, sürücülərlə bağlı irad bildirəndə sərnişinlərdən heç kim ona dəstək vermir:
“Sürücü sükan arxasında siqaret çəkir, tüstüsünü içəri buraxır, amma avtobusdakılardan səs çıxmır. Səsini çıxaran isə tək qalır, insanlardan dəstək görmür. Əgər irad kütləvi şəkildə olarsa, ictimai mədəniyyəti bərpa etmək mümkündür. Sürücülərin dayanacaqlarda saxlamaması, bunun əvəzinə harda olsa saxlaması da ciddi problemlər yaradır. Yenə deyirəm, problemlər sadəcə “Baku Bus” və BNA-nın məsələsi deyil. Bu, ümumi ictimai problemdir. Hər bir sərnişin üzləşdiyi problemlə bağlı mövqeyini ortaya qoymalıdır. Şikayət etməkdən çəkinməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi