Azərbaycanda cinayət törədən yeniyetmə və qadınların sayı açıqlandı
06:12 09.02.2020
Cəmiyyət
569
2019-cu ildə Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26672 cinayət qeydə alınıb. Daxili İşlər Nazirliyinin 2019-cu il üzrə yekun təhlilində göstərilir ki, bu rəqəm 2018-ci il ilə müqayisədə 291 fakt və ya 1,1% çoxdur. Bu hüquqpozmaların 7 min 543-nü böyük ictimai təhlükə törətməyən, 14 min 197-ni az ağır, 2 min 752-ni ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
İnsan alverinə qarşı mübarizə sistemli və ardıcıl olub. Hesabat dövründə 146 insan alveri və dörd məcburi əmək cinayəti müəyyən edilib. 10 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilərək, insan alverinin qurbanı olmuş 91 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Narkotik cinayətlərinə görə, məsuliyyətə cəlb olunmuş 3 min 199 nəfərdən 2 min 179-u əmək qabiliyyətli işləməyən və oxumayan, 889-u əvvəllər cinayət törətmiş şəxslər, 68-i isə qadınlardır.
Ümumilikdə 2019-cu il ərzində cinayət təqibi nəticəsində 12 min 174 şəxs məsuliyyətə cəlb edilib. Onlardan 7 min 431-i işləməyən və oxumayan, 2 min 110-u əvvəllər məhkum edilmiş, 648-i qadın, 325-i yetkinlik yaşına çatmayanlar olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət