Azərbaycanda hiss olunan zəlzələlər qorxulu deyil
Məlahət Rzayeva
01:39 09.02.2021
Cəmiyyət
657
Zonaların aktivliyindən asılı olaraq hər gün xırda təkanlar olur
Ölkə ərazisində 20-dən artıq yeraltı təkan qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli
bildirib ki, Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 16-20, 30-40 xırda təkan olur. Lakin onların heç biri qorxulu deyil. Bunlar arasında hiss olunan və olunmayanlar olur: Zəlzələnin hiss olunması dərinliyindən də asılıdır. Bu gün 20-dən çox təkan olub. Bunlar zəif təkanlardır. Cihazlar tərəfindən qeydə alınıb”.
Yeraltı təkanların hansı zonada qeydə alınmasına gəlincə, Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu yeraltı təkanlar əsasən Hacıqabul və Şamaxıda qeydə alınıb:
- RSXM direktorunun da bildirdiyi kimi, bunlar hiss olunmayan yeraltı təkanlardır.
Hacıqabulda 1-ci təkan 4 bal gücündə idi. Şamaxıda 3,7-3,4 bal gücündə olub. Şamaxı, İsmayıllı seysmikliyin aktiv olduğu bölgərlərdir. O cümlədən Bakı və Xəzər dənizi də. Amma bunlar xırda təkanlardır və təhlükəli deyil. Yeraltı təkanların maqnitudası yer səthinə yaxın olub. Ümumiyyətlə, Cənubi Qafqaz, o cümlədən də Azərbaycan seysmoaktiv zona olduğu üçün hər gün bəlkə də 40-a yaxın belə yeraltı təkanlar olur.
V.Rafiqqızı Qazaxda, Tovuzda hiss edilən təkanların Ermənistan ərazisində baş vermiş zəlzələnin təsiri olduğunu dedi:
- Ermənistan ərazisində fevralın 5-də Rixter şkalası ilə 7 bala yaxın yeraltı təkan oldu. Bu da Qazax, Tovuz, Gədəbəy və Gəncədə hiss edildi.
Qeyd edək ki, RSXM-nin direktoru Q. Yetirmişli yerin daxilinin həmişə hərəkətdə olduğunu, litosferdə böyük plitələrin hərəkətli, plitələrdaxili blokların da həm horizontal, həm vertikal hərəkətlərinin olduğunu deyib. Azərbaycanda baş verən bu zəlzələlər hamısı bloklardaxilidir, bloklar parçalanır, onların hərəkəti nəticəsində bu hadisələr baş verir. Bir blokun digər blokdan sıxılması və ya genişlənməsi nəticəsində kritik həddə çatır və laylarda böyük qırılma boyu parçalanması gedir. Burada güclü parçalanma zamanı enerji ayrılır və silkələnmə dalğa formasında yer üzərində öz təzahürünü göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm