Azərbaycanda “işbazlar”dan 1 milyon maska götürüldü
Yusif Nəzərli
07:10 09.03.2020
Cəmiyyət
698
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Sherg.az"averilən məlumata görə, tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.
Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.
Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət