Azərbaycanda maaşlar hansı sahələrdə artıb? - SİYAHI
09:59 22.01.2020
Cəmiyyət
644
Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb. FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.
2019-cu ildə dövlət sektorunda orta aylıq əməkhaqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir.
Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.
2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.
2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.
Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əməkhaqqı 2% artdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.
2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.
Özəl sektorda ən az maaş alanlar isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində olub - 250,4 manat.
Dövlət sektorunda ən yüksək orta aylıq maaş maliyyə və sığorta fəaliyyəti sahələrində olub - 1 654,3 manat. Bu sektorda ən az maaş alanlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlarda olub - 302,4 manat.
Ümumilikdə, 2019-cu ildə:
Təhsil sahəsində maaşlar 18,1% artaraq 429,7 manata,
Səhiyyə sahəsində 43% artaraq 343,1 manata,
Maliyyə və sığorta sahəsində maaşlar 12% artaraq 1624 manata,
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində maaşlar 21,3% artaraq 473,7 manata,
Dövlət idarəetməsində isə maaşlar 29,2% artaraq 752,8 manata yüksəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi