"Azərbaycanın beynəlxalq nüfuzu artır"
Yusif Nəzərli
13:10 15.01.2020
Cəmiyyət
776
“Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz və qlobal əhəmiyyətli forumların keçirilməsi ölkəmizin beynəlxalq aləmdə malik olduğu yüksək imicin göstəricisidir”
“Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasəti bir neçə mərhələyə bölmək olar. Bura iqtisadi, siyasi, hərbi və həm də kadr sahəsində islahatlar daxildir”.
Bunu “Sherg.az”a analitik Arzu NHağıyev Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi “2019-cu ildə Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənmişdir” fikrinə münasibət bildirərkən deyib.
A.Nağıyev diqqətə çatdırıb ki, bütün bu islahatların əsasında Azərbaycanın inkişafının daha da gücləndirilməsi,beyəlxalq nüfuzumuz artması, müstəqilliyimizə və suverenliyimizə olan təhdidlərin qarşısının alınması, Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşması dayanır:
“Məlumdur ki, əsas islahatlardan biri də iqtisadi sahədədir. Belə ki, bu ölkəmiz bir sıra qlobal əhəmiyyət daşıyan, həmçinin neft strategiyası ilə bağlı olan çox mühüm layihələrdə iştirak edir. “Şahdəniz”lə bağlı, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələr, “Əsrin kontraktı”nın müddətinin uzadılması məsələsi məhz dövlətimizin başçısı İlham Əliyevin apardığı iqtisadi islahatların əsaslarından biridir”.
Siyasi sahədə qazanılan uğurlara diqqət çəkən politoloq vurğulayıb ki, Azərbaycan bu gün bir sıra beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq əlaqələrinə malikdir.
Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz və qlobal əhəmiyyətli forumların keçirilməsi ölkəmizin beynəlxalq aləmdə malik olduğu nüfuzun göstəricisidir.
Qonşuluq siyasətini qorumaq, eyni zamanda, ikitərəfli tərəfdaşlıq etmək, ikitərəfli strateji əhəmiyyətli sənədlərin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu gün ölkəmizdə aparılan islahatların əsasında Prezident İlham Əliyevin prinsipial siyasəti dayanır.
Azərbaycan beynəlxalq miqyasda qazandığı uğurlar, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində görülən bütün işlər, həyata keçirilən islahatlar dövlətimizin başçısının apardığı uğurlu daxili və siyasətin nəticələridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi