Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”
13:08 15.02.2020
Cəmiyyət
738
Badamdar qəsəbəsində yaşayan sakinlər marşrut avtobuslarının xidmətindən narazıdır. Bu barədə Oxu.Az-a sözügedən problemlə qarşılaşan vətəndaşlardan biri məlumat verib. Şikayətçi 20 Yanvar dairəsindən Badamdar istiqamətinə avtobusların qeyri-sabit qrafiklə çalışmasından narazı olduğunu bildirib:
“Söhbət 29 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən sərnişin avtobuslarından gedir. Hər gün işdən çıxıb saatlarla avtobus gözləyirik. Axşam saat 9-dan sonra isə ümumiyyətlə 29 nömrəli avtobusu görmək mümkün deyil. Sürücülərdən soruşanda qrafik üzrə çalışdıqlarını, axşam saat 9-dan sonra işləmədiklərini deyirlər. İnsanlar işdən-evə, evdən-işə gedib-gəlmək üçün əziyyət çəkir. Həftə sonları isə ümumiyyətlə avtobus tapmaq olmur. Xahiş edirik köməklik göstərəsiniz”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi məsələnin araşdırıldığı bildirib:
“Sözügedən məsələ ilə bağlı xətt üzrə müvəqqəti istismarçı “Menlok” MMC-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Məsələ araşdırılacaq. Sərnişinlərimizi narahat edən məqamların qısa vaxtda aradan qaldırılması ilə bağlı göstəriş veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol