Bakı metrosunda hansı stansiyaların adları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
10:40 05.01.2020
Cəmiyyət
801
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi tərəfindən hər hansı stansiyanın adının dəyişdirilməsi üçün Nazirlər Kabineti yanında Adqoyma komissiyasına müraciət olunmayıb.
Bunu modern.az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" QSC sədrinin istismar üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Əlixan Osmanov bildirib.
Ə.Osmanov qeyd edib ki, hər hansı stansiyanın adının dəyişdirilməsilə bağlı müraciət haqda heç bir kütləvi informasiya vasitəsinə məlumat verilməyib:
"Metrostansiyalara adların verilməsi və yaxud adların dəyişdirilməsi metropoliten rəhbərliyinin səlahiyyətində deyil".
Qeyd edək ki, bir müddət əvvəl "Bakı Metropoliteni" QSC-nin "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edildiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Bakı metrosu ilk dəfə 1967-ci il 6 noyabrda fəaliyyətə başlayıb. İlk illərdə metronun 5 stansiyası - "Bakı Soveti", "26 Bakı Komissarı", "28 Aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları sərnişinlərin istifadəsinə verilib.
Zamanla yeni stansiyalar açılıb və daha başqa dəyişikliklər də olub ki, bu gün də onların şahidi oluruq. Bakı metrosunda zamanla dəyişikliyə məruz qalan həm də stasiyaların adları olub. İlk vaxtlar başqa adlarla fəaliyyətə başlayan stansiyalar sonradan adlarını dəyişib.
Adları dəyişdirilən stansiyalardan biri də indiki "20 Yanvar" stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı" olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya "XI Qızıl Ordu Meydanı" kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı "20 Yanvar"la əvəzlənib.
İndiki "28 May" stansiyası ilk illərdə "28 Aprel" adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.
1972-ci ildən fəaliyyətə başlayan "Avrora" stansiyası 27 aprel 1992-ci ildən "Qara Qarayev" adlandırılıb.
"26 Bakı Komissarı" stansiyasının adı isə 9 aprel 1992-ci ildə "Sahil" olub.
"Bakmil" stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü iltarixindəhəmin ad "Bakmil" adı ilə əvəzlənib.
"Bakı Soveti"nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.
Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu"dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov" olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya