Bakıda aksiz markasız məhsulların satışının qarşısı alındı - FOTO
09:59 21.02.2020
Cəmiyyət
561
Aksiz markası olmayan malların satış məqsədi ilə saxlanılması faktı aşkar edilib. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241E ünvanında yerləşən, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları ilə markalanmamış 48 şüşə alkoqollu içki və 10.813 qutu tütün məmulatları aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb. N.Nizaməddinov barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyindən verilən xəbərə görə, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə, dərhal əlaqədar dövlət orqanlarına müraciət etmələri xahiş olunur.
Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir.
Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır.
Eyni zamanda, aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region