
Bakıda mütləq tramvaylar olacaq -Ekspert
Yusif Nəzərli
23:03 14.01.2025
Cəmiyyət
722
Ancaq yeni yol xətləri reallığa uyğun qurulmalıdır
“Binaların söküləcəyi, bu işə “on milyard manat” sərf olunacağı haqda deyilənlər, reallıqdan uzaqdır”
Paytaxtda tramvay xətləri çəkiləcək və şəhər sakinləri illərdir arzusunda olduqları nəqliyyat növündən istifadə edə biləcək. Bu, Bakının Baş Planında əksini tapıb. Baş plana görə, Ağ Şəhərin bir hissəsi və Bakının mərkəzi hissələrində - harada ki bunun üçün infrastruktur imkanları var - tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. Bir başqa açıqlamada isə şəhər mərkəzinin Xəzər və Abşeron inzibati rayonları istiqamətində tramvay xətləri ilə birləşdirilməsi qeyd edilir. O da bildirilir ki, tramvay xətlərinin çəkilməsi şəhərdə bir çox binaların sökülməsinə, kommunikasiyaların yenilənməsinə səbəb olacaq ki, bu da külli miqdarda vəsait tələb edir. Tramvay xətləri hansı ərazilər üçün uyğundur və həqiqətən də, böyük məbləğdə vəsaitə başa gələcəkmi?
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Bakının Baş Planında tramvay xətlərinin çəkilməsi qeyd olunub:

- Baş Plan ciddi təhlillər əsasında tərtib edilib və marşrutlar müəyyən olunub. Tramvay xətlərinin çəkilməsi üçün binaların söküləcəyi, bu işə “on milyard manat” sərf olunacağı haqda deyilənlər, reallıqdan uzaqdır, heç bir əsası yoxdur. Binalar yox, müəyyən evlər sökülə bilər. Bu işlər mövcud yolun üzərində transformasiya edilməklə görüləcək. İctimai nəqliyyatda çoxçeşidlik haqqında danışılanda təkliflərdən biri də tramvay xətlərinin çəkilməsi, tarmvayların ictimai nəqliyyatın bir növü kimi yenidən fəaliyyət göstərməsi olub. Burada məqsəd eyni vaxtda daha çox sərnişinin daşınmasına nail olmaq, mikromobilliyi təmin etməkdir. Çəkiləcək tramvay xətti ilk olaraq Binəqədi rayonu, Mehdiabad qəsəbəsini əhatə edəcək. Tramvay xətti Binəqədidən Azadlıq prospekti, 28 May istiqamətində Mehdiabada qədər uzadılır. Gələcəkdə “Seebrez” zonası da əlavə oluna bilər. Prioritet olaraq niyə bu istiqamətlər seçilib, çünki bu istiqamətdə nə metro var, nə də dəmir yolu. İlk növbədə tramvay xəttinin metro və dəmir yolunun olmadığı ərazidə çəkilməsi düzgün qərardır. Tramvaylar şəhərdaxili mobilliyə müsbət təsir edən nəqliyyat növüdür. Binəqədidə məlumdur ki, sərnişin sıxlığı var, bu sıxlığın azaldılması üçün də tramvay xəttinin çəkilməsi məsləhətdir.
R.Ağamirzəyev qeyd etdi ki, illərlə avtomobil yollarına yatırım edilib, nəticədə avtomobilləşmə kütləvi şəkildə artdı:
- Biz daha səmərəli həllər düşünməliyik. Bu da ciddi, daha uzun istismar müddətinə malik olan, daha effektiv, eyni vaxtda daha çox sərnişin daşıya bilən relsli nəqliyyatdır. Yerin üstündə tramvay, yerin altında metro, şəhər ətrafında isə elektrik qatarları. Bunları da əlaqələndirənsə avtobuslardır. Bütün bu nəqliyyat növlərinin daha qısa məsafədə hərəkətini təmin edən mikromobillik növüdür və piyada infrastrukturudur. Bunlar vahid orqanizm şəklində işləməlidir. Nə qədər çox hərəkətlilik varsa, bu, şəhər iqtisadiyyatına birbaşa təsir edir. Şəhər əhalisi getdiyi ünvana vaxtında çatır, tıxaclarda qalmır, psixoloji gərginlik yaşamır, bu da onun sağlamlığına müsbət təsir edir.
R.Ağamirzəyev qeyd etdi ki, tramvay xətlərinin yeni şəbəkəsi yaradılmalıdır:
- Çünki bizdə 21 il bundan öncə tramvay xətləri ləğv olunub. İndi isə yeni reallığa uyğun xətlər qurulmalıdır. Burada kontakt şəbəkəsi yenidən qurulmalı, depo, hərəkət tərkibi formalaşmalıdır. Marşrut boyu kommunikasiyalar köçürülməlidir. Yəni bu, kompleks tədbirlər planıdır. Tramvaylar istifədəyə veriləcəyi təqdirdə qiymət məsələsi də burda önəmli olan məqamdır. Bu gün bizdə şəhərin daxilində və ətrafında qiymətlər fərqlidir. Təkliflər formalaşdıqca, ictimai nəqliyyat cəlbedici olmalıdır. Yəni qiymət olaraq və uzaq məntəqədən gələnlərə daha əlçatan olması üçün müəyyən güzəştlər olmalıdır. Bunun üçün "Brutto müqavilə"lərə keçid edilməlidir ki, maliyyə dayanıqlılığı təmin olunsun və pulsuz keçidlər təşkil olunsun. Müəyyən şəhərlərdə fərqli vaxt aralığında 45, 60 və 90 dəqiqəlik pulsuz keçidlər olur. Məsələn, dəmir yolundan metroya, metrodan tramvaya, tramvaydan avtobusa keçidlər pulsuz edilir, nəticədə ictimai nəqliyyatın bu növlərinə yönələnlərin sayı daha da artır. Ümumi olaraq ictimai nəqliyyatın fərqli seqmentlərinə investisiyaların sayı artırılmalıdır ki, keyfiyyət artsın, park yenilənsin, üstünlük təmin olunsun və rahat keçidlər təmin edilsin, insanlar da ictimai nəqliyyatın bu növünə yönəlsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya