Bakıda tramvay nəqliyyatı bərpa olunur
21:05 06.12.2019
Cəmiyyət
707
Azərbaycan Türkiyənin meqapolisi olan İstanbuldakı nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu şəhərdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar.
Xəzər TV xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqda məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz və rahat şəkildə mənzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnologiyalardan istifadə edildiyi bildirilib.
İstanbul Elektrik Tramvay Tunel Nəqliyyat İdarəsinin rəhbəri Həsən Çelik bildirib ki, nəqliyyat idarəetmə ilə bağlı bütün təcrübəni Azərbaycanla paylaşmağa hazırdırlar.
Qeyd edək ki, Bakı şəhərində ictimai nəqliyyatının idarə olunması üçün yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunacaq.
Nəticədə Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobus nəqliyyatının tətbiqi üçün layihələrin reallaşması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya