Bakıda yolun ortasında rəqs edərək, maşınları təpikləyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
07:21 31.01.2020
Cəmiyyət
547
Avtomobil yollarında bu kimi hərəkətlərə yol vermək bütün hərəkət iştirakçıları üçün təhlükəlidir. Bu barədə Oxu.Az-a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Babək prospektində yola çıxaraq qəza şəraiti yaradan şəxslə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, həmin şəxs yalnız özünün deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb:
“Nəzərə almaq lazımdır ki, normal insan avtomobillərin sürətlə hərəkətdə olduğu yola bu şəkildə çıxmaz. Videogörüntülərdən də görünür ki, o insan özündə deyil. Yaxşı olardı ki, sürücülər bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına məlumat versinlər.
Əraziyə gələn polis əməkdaşları isə həmin şəxs haqqında müvafiq tədbir görsünlər. Ola bilər ki, o şəxs ərazidə xidmət edən polis əməkdaşlarını görən zaman yoldan çıxır.
Amma məsələyə yerindəcə müdaxilə edildikdə həmin insanın içkili vəziyyətdə, yoxsa psixoloji problemlər səbəbindən bu cür davranışlara yol verdiyi məlum olacaq. Sağlamlığında problem olduğu aşkarlanarsa, aidiyyəti orqanlara müraciət olunacaq. Amma yalnız məsələyə yerində baxıldıqdan sonra həmin şəxs barəsində hansı tədbirlərin görüləcəyinə qərar vermək olar”.
Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Babək prospekti ərazisində bir nəfər özünü avtomobil yoluna ataraq, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında rəqs edib və qəza şəraiti yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət