"Bəyə lazım olan adı xalq vermişdi, onu rəsmiləşdirməyə ehtiyac görmürdü" - Köməkçisi danışdı
11:40 10.07.2023
Cəmiyyət
515
Xalq ona Elçibəy adını verdi. O isə ömrünün sonunadək Əliyev soyadını daşıdı. Milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vətəndaşlıq pasportunda, həmçinin xarici pasportunda da soyadı Əliyev yazılıbmış. Görəsən niyə Böyük Bəy soyadını dəyişdirməyə, Elçibəy adını rəsmiləşdirməyə cəhd göstərməmişdi? Bəlkə cəhd göstərmişdi, bürokratik əngəllər mane olmuşdu? Əbülfəz Elçibəyin köməkçisi olmuş sədaqətli dostlarından biri Əli Mürsəloğlu “Sherg.az”a açıqlamasında bu məsələyə aydınlıq gətirdi:
- Bəy bu məsələyə çox kiçik, xırda iş kimi baxırdı. Bəy böyük amallarla yaşayan, xalqın, millətin bötüvlüyünə xidmət edəcək işlərin həyata keçməsinə çalışan, bu yolda min-bir zəhmətə qatlaşan fədakar bir millətsevər idi. Elçibəy üçün önəmli olan millət, xalq, xalqın güzəranı, Qarabağ, Azərbaycanın bütüvlüyü idi. Bəyə lazım olan adı xalq vermişdi, millət vermişdi. Onu rəsmiləşdirməyə ehtiyac da görmürdü. Elçibəyin belə bir sözü vardı: Xalqını sev. Xalqını sevəni, Xaliq sevər. Və deyirdi ki, bu atalar sözüdür, atalar ona kod qoyub. Necə ki, birimiz xeyirxah işi onun əvəzi olsun deyə etmirik. Məsəl var, deyirlər, sənin sevinməyin sənə yetər. Sən xeyirxah iş gör, birini sevindir, Allah da səni sevindirər. Elçibəy də xalqını təmənnasız sevən şəxsiyyət idi. Ona görə də Elçibəy adını rəsmiləşdirmək, soyadını dəyişdirməyə diqqət etmirdi, bunları o dövr üçün önəmli iş saymırdı. Çünki o zaman həllini gözləyən daha önəmli, daha vacib məsələlər vardı. Elçibəy hakimiyyəti dövründə latın qrafikasına keçildi. Amma bilirsiniz, hər bir yenilik çətinliklə oturuşur. Bəy latın qrafikasıyla yazmaq geniş yayılsın deyə, bildirmişdi ki, hansı qəzet müsahibəsini latın qrafikasıyla dərc etsə, ora müsahibə verəcək. Bununla mətbuatı latın qrafukasına keçidə təşviq edirdi.
Ə.Mürsəloğlu xatırlatdı ki, Əbülfəz Elçibəy heyəti ilə birlikdə 2000-ci il mayın 16-da qardaş Türkiyəyə yola düşüb. Mayın 18-də Amerika Birləşmiş Ştatlarına uçublar.
19-20 may tarixlərində Nyu-Yorkda Türkçülük yürüşündə iştirak edib. Mayın 25-də ABŞ Konqresindəki dinləmələrdə iştirak edib. Elçibəyə çıxış üçün 20 dəqiqəlik vaxt ayrılıb. Lakin onun çıxışı konqresmenlərin diqqətini cəlb etdiyindən daha 20 dəqiqə əlavə vaxt ayrılıb. “O vaxt ABŞ konqresmenləri Qarabağ münaqişəsiylə bağlı “burada erməni lobbisi çox güclüdür, biz Qarabağ münaqişəsini həll edə bilmirik”, demişdilər. Əbülfəz bəy isə “Ermənistanla aramızda 1 saatlıq yoldur, o zaman biz özümüz həll edək”, söyləmişdi. Bununla Böyük Bəy özünə güvənən ABŞ-a mesaj verirdi ki, necə olur “super-dövlət” erməni lobbisinin əlində qalıb?!. Bəy dedi ki, siz diplomatla yox, siyasətçi ilə danışırsınız, ifadələrinizə diqqət edin. Bəyin bu sözləri konqresmenləri heyrətləndirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu keçirilib
21:21 25.04.2026
Elm və Təhsil
Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi
20:42 25.04.2026
Dünya
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
20:34 25.04.2026
Gündəm
Azərbaycan - Ukrayna ittifaqı güclənir - RƏY
20:04 25.04.2026
Gündəm
Tramp Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv etdi
19:58 25.04.2026
Dünya
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm