Beyinlər dəyişmir! - Vəzifəyə hələ də varlanmaq kimi baxırlar
Yusif Nəzərli
20:10 11.02.2022
Cəmiyyət
547
Kadrların dəyişdirilməsi də problemi həll etməyəcək
2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln. manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.
Nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.
Həmin qurumların siyahısında XİN, ƏƏSMN, Mədəniyyət Nazirliyi və 3 icra hakimiyyəti orqanının da adı var. Eyni zamanda TƏBİB-in tabeliyində olan bir sıra xəstəxanalarda, Təhsil Nazirliyində, “Azərxalça” ASC-də və digər qurumlarda da bənzər halların olduğu müəyyən edilib.
Xidmət tərəfindən aparılan nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitlər məsul vəzifəli şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilib, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslər tərəfindən nağd qaydada dövlət büdcəsinə ödənilməklə bərpa olunub, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda müvafiq dövlət orqanları tərəfindən davam etdirilir.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən müxtəlif qurumlarda aşkarlanan mənimsəmə halları ilə bağlı “Şərq”ə danışan millət vəkili Razi Nurullayev qeyd edib ki, rüşvətxorlara və korrupsionerlərə qarşı aparılan mübarizə effektiv deyil və qarşısı alına bilmir.
“Sadəcə metodlar, yanaşmalar dəyişib. Ancaq dövlət vəzifəsinə münasibət dəyişməyib. Bu gün Azərbaycanda ən böyük problem budur. İnsanları, kadrları dəyişdirmək olar. Amma ümumilikdə dövlət postlarına, insanlara qarşı məsuliyyətə münasibət dəyişməsə, bu hallar təkrarlanmağa davam edəcək. Buna görə də, birinci növbədə dövlətçiliyə yanaşma şəkli dəyişməlidir. Dövlət vəzifəsinə varlanmaq üsulu kimi baxılmamalıdır.
Dünyanın bir çox ölkələrində insanları vəzifəyə təyin etmək üçün danışıqlar aparılır. Hətta bir çox bacarıqlı, perspektivli insanlar həmin vəzifələrə getmək istəmirlər. Düşünür ki, mən başqa yerdə daha çox pul qazana bilərəm. Ona sərf etmir. Ancaq bizdə kimə təklif etsən heç imtina etməyəcək. Çünki həmin vəzifədə təkcə əməkhaqqı ilə yox, digər vasitələrlə də varlanma imkanı olacaq. Rüşvət almaq, dövlət büdcəsini öz mənfəəti üçün istifadə etmək fürsəti yaranacaq.
İnsanlar düşünməlidir ki, xidmət etməyə gedir və əmək haqqı alır. Düşünməlidirlər ki, yaxşı işləsə mükafatlar veriləcək, istirahətə pulsuz gedəcək, ailəsinin müalicəsi pulsuz olacaq və s.
Bunlar dövlət tərəfindən tam olaraq təmin olunandan sonra onlar vəzifəsinə xidmət üsulu kimi baxsa, rüşvətxorluq olmayacaq. Amma hələ ki, bu yoxdur. Kadrların dəyişdirilməsi də məsələləri həll etməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou