Bəzi yerli icra strukturlarından narazılıq: “Məmurlar şikayətçiləri qəbul etmir…”
Turan
07:16 20.02.2020
Cəmiyyət
750
2019-cu ildə Prezident Administrasiyasına paytaxt Bakı daxil olmaqla, əksər rayonlardan xeyli müraciət daxil olub. Ötən il ərzində Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir. Bu barədə PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.
Vurğulanıb ki, müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var: “Administrasiyaya daxil olan müraciətlər hərtərəfli öyrənilir. Bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır”.
Lakin məqalədə narahatlıq doğuran başqa məsələ də diqqətə çatdırılıb: “Vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar. Bir sıra şəhər və rayonlarda bu rəqəm daha yüksəkdir”. Ekspertlərin fikrincə, şikayətlərin birbaşa mərkəzə ünvanlanması yerlərdə əhalinin müraciətinə məhəl qoyulmadığını göstərir.
Narahatlıq doğuran məqamı “Şərq”ə dəyərləndirən AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib ki, ABŞ-da prezident ancaq xarici siyasətlə məşğul olur. Yəni daxildə yerli özünüidarə mexanizmi elə qurulub ki, sakinlər yerli idarə orqanlarının rəhbərlərini özləri seçirlər və problemlərinin həllini tələb edirlər. Bu sistem dövlət başçısının işini yüngülləşdirir:
“Azərbaycanda idarə sistemi prezidentli respublikadır. Düzdür, Amerikada da prezident-üsul idarəsidir. Problem ondadır ki, bizdəki yerli strukturlar işləmir. Xüsusilə, icra hakimiyyətləri vəzifələrinin öhdəsindən gələ bilmirlər. Yerlərdə şikayətçiləri qəbul etmir, onların problemlərini dinləmirlər. Yəni Prezidentin siyasətinə və islahatlarına dəstək vermirlər. Amma müşavirələrdə boğazdan yuxarı danışaraq, yerlərdə hər şeyin yaxşı olduğunu iddia edirlər. Ona görə də bölgələrdə mövcud olan bütün problemlər Bakıya, nazirliklərə və Prezident Administrasiyasına yönəlir. Bu da haqlı olaraq vətəndaşlarda narazılıq yaradır. Elə bir işlək mexanizm tapmaq lazımdır ki, yerlərdə işləməyən strukturlar ya təkmilləşsin, ya da yeniləri ilə əvəzlənsin. Belə olarsa, Prezident Aparatına da çox yük düşməz”.
Ekspertin sözlərinə görə, yerlərdə ən böyük problem işsizlikdir:
“Əhalinin işlə təmin olunmasında problemlər mövcuddur. Prezident dəfələrlə bəyan edib ki, yerli icra hakimləri bölgəyə yeni investisiyalar cəlb etməlidir. Heç bir rayon rəhbəri indiyə kimi bunu reallaşdıra bilməyib. Onlar Prezidentə hesabat verməlidirlər ki, niyə verilən tapşırığı zamanında icra etməyiblər. Bəzi icra hakimləri təyin olunduqları yerə ögey münasibət bəsləyir. Öz şəxsi mənafelərini güddükləri üçün kənardan iş imkanları gətirən adamlara imkan yaratmırlar. Normal halda rayon rəhbəri bölgəyə gələn investora şərait yaratmalı və sevinməlidir. Amma əksər hallarda icra hakimiyyətləri investorlardan başqa şeylər tələb edir. Nəticədə kənardan gələn iş adamları çıxıb gedirlər. Buna son qoymaq lazımdır”.
M.Zülfüqarlı bildirib ki, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, Lənkəranda, Şirvanda, Daşkəsən və digər böyük şəhərlərimizdə xaricdən gələn biznesmenlərin iş yerləri açması dövlətə nə qədər böyük kömək deməkdir:
“Bölgələrdə iş yerlərinin açılması Bakıdan bölgələrə əhalinin bir hissəsinin qayıtmasına səbəb olar. Belə addımlarla mərkəzin yükünü xeyli azaltmaq mümkündür. Əfsuslar olsun ki, yerli strukturların rəhbərləri öz kabinetlərində oturur, qapıları bağlayır və heç kimlə hesablaşmırlar. Bu cür icra hakimlərinin səlahiyyətləri əllərindən alınaraq xalqın seçdiyi bələdiyyələrə verilməlidir. Bələdiyyələrin nüfuzu nə qədər böyük olarsa, yerlərdəki problemlər bir o qədər az olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya