15 Sentyabr - Bilik Günü ilə əlaqədar Bakının bir çox ərazilərində nəqliyyat sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, sıxlıq həm avtomobil yollarında, həm yerüstü, həm də yeraltı ictimai nəqliyyatda yaşanır.

Belə ki, metronun "Həzi Aslanov"-"28 May" istiqamətində, xüsusən "Koroğlu" stansiyasında, həmçinin Bakı dairəvi dəmir yolunun Bakı-Pirşağı-Sumqayıt xəttinin Məmmədli stansiyasında sərnişin sıxlığı yaşanır.
Paytaxtın bir çox mərkəzi küçələri ilə yanaşı Sumqayıt-Bakı yolunda da nəqliyyatın sıxlığı müşahidə edilməkdədir.