Bu dəfə əsgərlər cücə-plov yeyəcək
Məlahət Rzayeva
11:19 20.03.2021
Cəmiyyət
758
Səmayə nənə bütün hazırlıqlarını görüb
"Mən balalarıma 200 illik reseptlə hazırladığım səməni halvası da aparacam"
Ağdamlı Səmayə nənə yenə qollarını çırmalayıb əsgərlərimizə bayram sovqatı hazırlayır. Ötən dəfə onunla danışanda bu il Qələbə ilə qeyd etdiyimiz əziz Novruz bayramında əsgərlərimiz üçün Ağdam məscidinin tam qarşısında ocaq qalayıb səməni halvası bişirməyə niyyətləndiyini demişdi və Müdafiə Nazirliyindən xahiş edirdi ki, ona bu imkanı yaratsınlar. Məşədi İbad demiş “o olmasın, bu olsun”. Səməni halvasını Ağdam məscidinin önündə bişirmək mümkün olmasa da, Səmayə nənə Bərdədə müvəqqəti məskunlaşdığı evində səməni halvası bişirib, qohuma-qonşuya paylayıb. Əsgərlərin payına da əl vurmayıb.
Səməni halvasının 3 kiloqramını əsgərlər üçün saxlayır. Onunla əlaqə yaratdıq, bayramını təbrik etdik. Ağbirçək, el anası xeyir-duasını aldıq. Səmayə nənə dedi ki, ilaxır çərşənbədə Azad Azərbaycan Televiziyasında qonaq olub, onu binanın önündə televiziyanın 100-ə yaxın əməkdaşı təmtəraqla qarşılayıb. İndi isə qarşıdakı bayram günlərində igid əsgərlərimizin görüşünə gedəcəyi vaxtı gözləyir:
- Bu gün-sabah əsgərlərimizin yanına gedəcəm. Onlar üçün niyyət edib bişirdiyim səməni halvasını da aparacam. Kim o halvadan daddısa, dadına-tamına heyran oldu. Mən onu 200 illik reseptlə hazırlamışam.
Tarixdə hələ belə səməni halvası olmayıb bəlkə də. O halvanı dadlandıran həm də igid balalarımın qazandığı qələbədi. Mənim yurdum ki, azad olundu, könüllərindən nə keçsə, əsgər balalara hazırlayaram. Bu dəfə əsgərlərimizə plov bişirəcəm.
Cücə-plov. İndidən tədarükümü görmüşəm, ehtiyatımı hazırlamışam. Nə vaxt xəbər versələr ki, gedirik, hər şey hazırdı. Bircə qalır orda düyünü süzüb dəmə qoymaq. Hamının bayramını təbrik edirəm. Allah dövlətimizi qorusun, Prezidentimizə can sağlığı versin. Allah məni sayanları saysın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya